“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Neftçi” və “Xırdalan” komandaları ikinci oyuna çıxacaqlar.

Newsport.az xəbər verir ki, 1/4 finalın ilk duelində “Xırdalan” rəqibini 80:75 hesabı ilə üstələyib.

“Ağ-qaralar” bu matçda da məğlub olarsa, mübarizəni dayandıracaq. Qələbə təqdirində isə üçüncü – sonuncu oyuna ehtiyac duyulacaq.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək matç 19:30-da başlayacaq.

Bu mərhələnin digər görüşündə ötən gün “Xəzri” klubu “Sərhədçi”yə qalib gəlib – 98:64.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right