Millimiz dünya çempionunu məğlub edərək turnirin qalibi oldu

Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqroda keçirilmiş turnirdə qalib olub. 

Newsport.az xəbər verir ki, yığma komandamız finalda Rumıniya ilə qarşılaşıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünya çempionunu 5:4 hesabı ilə məğlub edib.

Millimiz qrupda rumınlara 0:1 hesabı ilə uduzmuşdu. Futbolçularımız Monteneqro(1:0, 3:2) və Bosniya və Herseqovina (6:0) yığmasına da qalib gəlmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right