Benzia rəmzi komandaya düşdü, ehtiyatda qaldı

“Qarabağ”ın futbolçusu Yassin Benzia rəmzi komandada yer alıb.

Newsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin adı ötən həftənin ən yaxşı əlcəzairli futbolçulardan ibarət rəmzi heyətinə daxil edilib.

Rəmzi komandada ilk “11-lik”dən əlavə 8 oyunçudan ibarət ehtiyat qüvvə müəyyənləşdirilib. Benzianın ötən həftədəki çıxışı 8,1 balla qiymətləndirilib və o, ehtiyatdakı futbolçuların sırasında qərarlaşıb.

Əslində, Benzia Azərbaycan çempionatının XXXII turunda “Sumqayıt”la qarşılaşmada aktivinə qol və ya məhsuldar ötürmə yazdıra bilməyib. Amma təcrübəli xavbek Ağdam klubunun matçdakı ən fəal üzvlərindən olub. Təkcə ilk hissədə Benzia 3 dəfə fərqlənməyə yaxın olsa da, onun zərbələrindən ikisi qapı dirəyinə tuş gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right