“Beşiktaş”ın hücumçusuna İngiltərədən təklif

“Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy İngiltərəyə köçə bilər. Newsport.az xəbər verir ki, 18 yaşlı forvard “Fulhem”in maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi Türkiyənin gənclərdən ibarət millisinin üzvü üçün 15 milyon avroya təklif edib. İstanbul nəhəngi hələlik konkret cavabını verməyib. “Ağ-qaralar” Semihin keçidindən daha yüksək məbləğ əldə etməyk niyyətindədi. Danışıqlar tezliklə davam etdiriləcək.

Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi olan Semih Kılıçsoy bu mövsüm bütün turnirlərdə 30 görüş keçirib, 11 qol vurub, 2 assist edib. Onun klubu ilə müqavilə müddəti 2028-ci ilin yayına kimidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right