Premyer Liqaya qayıtdılar, əsas forvarda yeni müqavilə təklif etdilər

İngiltərə Premyer Liqasına yenidən vəsiqə qazanan "Lester" əsas hücumçusu Ceymi Vardini komandada saxlamağa cəhd göstərir.

Newsport.az "The Sun"a isitnadən xəbər verir ki, klub rəhbərliyi təcrübəli forvardla danışıqlara da start verib.

Artıq tərəflər arasında ilkin razılıq əldə edilib.

Vardinin "Lester"lə müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq. 

37 yaşlı hücumçu “Stokbric Park Stils”, “Halifaks Toun”, “Flitvud Toun” klublarında oynadıqdan sonra 2012-ci ildə “Lester”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right