Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Newsport.az xəbər verir ki, bu gün "Borussiya" doğma meydanda PSJ-ni qəbul edib. Qarşılaşma Dortmund təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Cavab görüşü mayın 7-də Parisdə keçiriləcək.
"Borussiya" (Almaniya) - PSJ ( Fransa) 1:0
Qol: Niklas Füllkruq, 36
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.