“Bavariya”nın futbolçusu Tomas Müller maraqlı açıqlama ilə diqqət çəkib. Newsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında 150 oyun keçirməsini dəyərləndirib.
O, yaşıdlarının artıq veteran olduğunu söyləyib: “Bu rəqəmlərə nail olmaq üçün yaxşı yemək və yaxşı yatmaq lazımdı. Mənim yaşımdakılar adətən əlil arabası tələb edir”.
Qeyd edək ki, Tomas Müllür 2000-ci ildən “Bavariya”dadı. Hücumameyilli oyunçu Münhen klubunun heyətində 704 oyunda 242 qol vurub, 266 məhsuldar ötürmə verib.