Levandovskinin əvəzləyicisi tapıldı

"Bavariya" komandadan ayrılmağa qərar verən hücumçu Robert Levandovskinin əvəzləyicisini tapıb. 

Newsport.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Klub "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etməyi planlaşdırır. “Bavariya” artıq 23 yaşlı nigeriyalı üçün danışıqlara başlayıb. İtalya təmsilçisi Osimeni 100-110 milyon avro dəyərində qiymətləndirir.

Forvardın "Napoli" ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. O, 2021/2022 mövsümündə bütün yarışlarda 32 oyunda 18 qol vurub və 6 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right