“Mançester Yunayted”in müdafiəçisi üçün mövsüm bitdi

“Mançester Yunayted” daha bir müdafiəçisini itirib. Newsport.az xəbər verir ki, bu dəfə Harri Maquayr sıradan çıxıb.

31 yaşlı oyunçu əzələsindən zədələnib. Həkimlər onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, İngiltərə millisinin üzvü Premyer Liqanın son turlarını buraxacaq. O, ən yaxşı halda İngiltərə Kubokunun “Mançester Siti” ilə mayın 25-də keçiriləcək final görüşünə yetişə bilər.

Maquayr həm də bu mövsüm “qırmızı şeytanlar”ın heyətində zədələnən 6-cı mərkəz müdafiəçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right