"Beşiktaş"ın hücumçusu "Mançester Siti"yə keçə bilər

"Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Newsport.az-məlumatına görə, "Mançester Siti" 18 yaşlı hücumçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə gənc forvardın Avro-2024 başa çatdıqdan sonra Mançester təmsilçisi ilə müqavilə imzalayacağı qeyd olunub.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right