İranlı futbolçu "İnter"də Rəsmi

"İnter" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-məlumatına görə, İtaliya çempionu "Portu"da çıxış edən Mehdi Taremini rənglərinə bağlayıb. Bu barədə Milan təmsilçisinin baş məşqçisi Simeone İnzagi məlumat verib.

"İnter" yayda Portuqaliya klubu ilə müqaviləsi başa çatan iranlı forvardı pulsuz heyətinə qatıb.

Qeyd edək ki, "Portu" Mehdi Taremini 2020-ci ilin yayında "Rio Ave"dən transfer edib. 31 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right