Avropa çempionatında 3 qızıl və 2 gümüş medal

İsveçin paytaxtı Stokholmda uşu-sanda üzrə Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi yarışı 3 qızıl və 2 gümüş medalla başa vurub.

Böyük məşqçi Barətdin Səlimovun rəhbərlik etdiyi komandada gənclər arasında Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Finalda uduzan Elçin Muradov (52 kq) gümüş medala sahib çıxıb.

Böyüklərin mübarizəsində Orxan Hətəmov (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Pirəliyev (70 kq) isə qitə birinciliyini gümüş medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right