"Kəpəz"ə sponsor tapıldı, klub prezidentinin istefası tələb edildi

Premyer Liqanın sponsoru olmadan fəaliyyət göstərən yeganə iştirakçısı "Kəpəz"dir.

Gəncə təmsilçisi illərdir onu qarabaqara izləyən problemdən yaxa qurtara bilər.

Newsport.az xəbər verir ki, potensial sponsor var - "F Holdinq". Adını çəkdiyimiz biznes təşkilatı qərb klubuna hər cür maliyyə dəstəyi verməyə hazırdır.

Bunun üçün 1 şərt irəli sürübər - İlqar Nadiri İdarə Heyətinin sədri postundan getməlidir. Qarşı tərəf Futbolun İnkişaf Fondu (FİF) vasitəsilə ilə apardığı danışıqlarda yeganə tələbini dönə-dönə səsləndirib.

Onlar Gəncənin futbol publikası tərəfindən sevilməyən və barəsində birmənalı fikirlər söylənilməyən sədrin "Kəpəz"lə bütün əlaqələrini kəsməsini istəyirlər.

Bildiriblər ki, Nadiri tamamilə kənara çəkilməli, bütün səlahiyyətləri holdinqin təyin edəcəyi nümayəndəyə ötürməlidir.

"F Holdinq" 5 illik inkişaf planı hazırlaması barədə FİF-i məlumatlandırıb.

Qeyd olunub ki, rəhbərlik əl dəyişərsə, klub qısa müddətdə iddialı duruma gətiriləcək, medallar uğrunda mübarizə aparacaq. (Sportinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right