“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın heyəti ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az-məlumatına görə, o, komandanın heyətini dəyişmək istəmədiyini söyləyib:
“Artıq klub rəhbərliyinə demişəm ki, məndən asılı olsa, yeni mövsüm üçün bütün heyəti saxlayaram. Bilirəm ki, bu mümkün deyil. Amma həqiqətən, bütün oyunçuları saxlamaq istərdim”.
“İnter” 89 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.