MLS-də 12-ci turun oyunları keçirilir.
Newsport.az-məlumatına görə, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" doğma meydanda "Nyu York Red Bulls"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Messi bu qarşılaşmada 1 qol vurub, 5 məhsuldar ötürmə edib.