"Yuventus" 11 ildən sonra...

"Yuventus" 11 il sonra ilk dəfə mövsümü kuboksuz başa vurub.

Newsport.az xəbər verir ki, bu, komandanın ötən gecə İtaliya kubokunun finalında "İnter"ə uduzmasından (2:4) sonra dəqiqləşib. Massimiliano Alleqrinin baş məşqçisi olduğu komanda A seriyasının çempionluğu, İtaliya Superkuboku və avrokuboklar üçün bütün şanslarını itirib.

"Yuventus" bundan əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”a məğlub olaraq (1:1, 0:3) mübarizəni dayandırıb. Həmçinin komanda İtaliya Superkuboku uğrunda görüşdə "İnter"ə uduzub, A seriyasında qalib olmaq şansını itirib. (1:2)"Yuventus" son dəfə belə uğursuzluğu 2010/11 mövsümündə göstərib. 

Qeyd edək ki,  "Yuventus" İtaliya çempionatının turnir cədvəlində 36 oyundan sonra 69 xalla  4-cü yerdədir. Lider "Milan"ın isə 80 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right