Ukrayna millisinin yoldaşlıq görüşlərindəki növbəti rəqibləri açıqlanıb

Futbol üzrə Ukrayna milli komandasının yoldaşlıq görüşlərindəki növbəti rəqibləri bəlli olub.

Newsport.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Aleksandr Petrakovun baş məşqçi olduğu komanda dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə İtaliyada "Empoli" ilə üz-üzə gələcək.

Qarşılaşma mayın 17-də olacaq. Yığma bir gün sonra Xorvatiyada "Riyeka" ilə görüşəcək.

Qeyd edək ki, Ukrayna millisi bu gün Almaniyada "Borussiya" (Mönhenqladbax) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right