Yeni mövsümün 9 xoşbəxti

Çempionlar Liqasının yeni mövsümündə qrupda oynayacaq 9 komanda bəllidir.

Newsport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində çıxış edəcəyi dəqiqləşən 10 iştirakçı 7 ölkə təmsilçiləridir.

Üç ölkənin hərəsində iki komanda bəllidir. İngiltərədə “Mançester Siti” və “Liverpul”, İtaliyada “İnter”lə “Milan” adını xoşbəxtlər sırasına yazdırıb.

Almaniyanın da qrupdakı iki təmsilçisi bəllidir. “Bavariya” hətta 1-ci səbətdəki yerini təmin edibsə, Dortmund “Borussiya”sı turnirə vəsiqə qazanıb.

Fransa çempionu PSJ də ən güclülərin səbətində olacaq. İspaniyadan “Real”, Portuqaliyadan “Porto”, Avstriyadan “Zalsburq” Çempionlar Liqasında iştirak hüququ əldə edib.

Qeyd edək ki, qrup mərhələsinin 32 komandası 8 “dördlük” təşkil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right