Futbol üzrə İsveç yığmasının və İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç “Roma”nın əfsanəvi oyunçusu Françesko Tottiyə məxsus rekordu qırıb. Newsport.az xəbər verir ki, 41 yaşlı hücumçu buna A Seriyasının 34-cü turu çərçivəsində “Latsio”ya 2:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
90+2-ci dəqiqədə məhsuldar ötürmə edən forvard çempionatda bunu bacaran ən yaşlı futbolçu adına sahib çıxıb. İsveçli oyunçu 40 yaş 6 ay 21 günündə asist edib. Totti isə buna 40 yaş 4 ay 23 günündə müvəffəq olmuşdu.