PSJ-nin hücumçusu Neymar "Liverpul" və "Valensiya"nın sabiq futbolçusu Fabio Aurelioya sərt cavab verib.
Aurelio bugünlərdə deyib ki, Neymar indiyədək "Qızıl top"u qazana bilməyib. Çünki brazilyalı hücumçu üçün daha vacib olan bəzi şeylər var və bu, futboldan önəmlidir.
Newsport.az “AS” nəşrinə istinadən xəbər verir ki, Neymar buna cavab olaraq deyib: “Mən ağızlarını ancaq boş sözlər söyləmək üçün açan bu keçmiş oyunçulardan bezmişəm. Onun beş dəqiqəlik müsahibəsi var idi. Bu beş dəqiqədə onun etdiyi başqalarının həyatına qarışmaq oldu. Tənqid etmək istəyirsənsə, tənqid et. Ancaq ağzına gələni danışmaq düz deyil”.