"Real Madrid"in baş məşqçisi koronavirusa yoluxub

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti koronavirusa yoluxub.

Newsport.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.

İtaliyalı baş məşqçinin qarşıdakı oyunları buraxacağı gözlənilir.

Qeyd edək ki, "Real Madrid" aprelin 2-də La Liqanın XXX turunda "Selta"nın qonağı olacaq. Madrid təmsilçisi 66 xalla turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right