ÇL: 1/4 finalın daha iki iştirakçısı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.
 
Newsport.az xəbər verir ki, bu qarşılaşmalardan sonra 1/4 finalın növbəti iştirakçıları müəyyənləşəcək. Gecənin ən diqqətçəkən görüşü İngiltərədə "Mançester Yunayted" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında baş tutacaq. "Old Trafford" stadionundakı matçı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək. Madriddə keçirilmiş ilk qarşılaşmada bərabərlik qeydə alınıb - 1:1. Digər oyunda Niderland "Ayaks"ı Portuqaliya "Benfika"sını qəbul edəcək. "Yohan Kroyf Arena"da oynanılacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro olacaq. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.
 
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
15 mart
 
00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
Baş hakim: Slavko Vinçiç
İlk oyun - 1:1
 
00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya)
Baş hakim: Karlos del Serro
İlk oyun - 2:2
 
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right