“Xavi ilə hər şey daha yaxşıdır” “Barselona”nın futbolçusu

“Barselona”nın yarımmüdafiəçisi Serxio Roberto baş məşqçi Xavinin rəhbərliyi altında komandada nələrin dəyişdiyini deyib.

Newsport.az-ın məlumatına görə, ispan futbolçu, komandada hər şeyin yaxşılığa doğru dəyişdiyini bildirib:

“Xavi ilə hər şey daha yaxşıdır. Həm meydanda, həm də paltardəyişmə otağında ab-hava yaxşılaşıb. Hamı hiss edir ki, işlər düzgün istiqamətdə gedir. Xavinin sisteminə uyğunlaşmaq üçün bir az vaxt lazım oldu. Amma biz mövsümü ən yaxşı şəkildə başa vurmaq istəyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right