Futbol üzrə İspaniya La Liqasında 27-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış oyununda “Sevilya” “Alaves”in qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.
Şənbə günü dörd qarşılaşma baş tutub. “Osasuna” “Vilyarreal”ı, “Espanyol” “Xetafe”ni, “Valensiya” isə “Qranada”nı məğlub yola salıb.
“Real” “Santyaqo Bernabeu”da “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirib. Hər iki komanda La Liqada son iki turu qələbəylə başa vurmuşdu. Bu görüşdə isə Madrid təmsilçisi doğma meydanda darmadağına sevinib.
5 oyundur çempionatda məğlub olmayan “Barselona” “Elçe” səfərinə yollanacaq.
Çempionlar Liqası zonasından uzaqlaşmaq istəməyən “Atletiko” isə “Betis”lə səfər matçından sərfəli nəticə ilə dönməyə çalışacaq.