"Barselona" 18 yaşlı futbolçu transfer etdi

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. 

Newsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. İspaniya təmsilçisi "Rasinq"dən Pablo Torre ilə 5 illik müqavilə üçün razılaşıb. La Liqa klubu bu keçidə görə qarşı tərəfə 100 milyon avro ödəyəcək. 18 yaşlı yarımmüdafiəçi isə yeni komandasında illik 5 milyon avro məvacib alacaq. 

Torre bu mövsümün sonunadək "Rasinq"də çıxış edəcək. O, "Barselona"ya gəldikdən sonra əvvəlcə klubun ikinci komandasında oynayacaq. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right