"Barselona" Alveşlə müqaviləni uzadacaq

"Barselona" futbolçusu Dani Alveşlə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləyəcək.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, baş məşqçi Xavi Ernandes keçmiş komanda yoldaşının çıxışından razıdır. 

Buna görə də braziliyalı müdafiəçinin müqaviləsindəki sözləşmənin uzadılması bəndi aktivləşdiriləcək.

Qeyd edək ki, qış transfer pəncərəsində "Barselona"ya keçən 38 yaşlı futbolçu La Liqada 3 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right