Super Liqanı tənqid etdi: "Vladimir Putindən belə daha çox yalan danışırlar"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Super Liqası layihəsi haqda danışıb.

 

Newsport.az xəbər verir ki, 59 yaşlı futbol funksioneri bu ideyanın təşkilatçılarını sərt tənqid edib. O, Super Liqanın yerli çempionatları məhv edəcəyini deyib:

 

"Avropa Super Liqasını yaratmaq istəyənlər ictimaiyyətə istədiklərini deyə bilərlər. Amma biz onların içindəki arzunu bilirik. Bunu hər dəfə oxuyanda əsəbləşirəm. Vladimir Putindən belə, daha çox yalan danışırlar.

 

Tortu onlar yeyəcək, digər klublar isə qırıntılarla kifayətlənəcək. Avropa Super Liqasındakı bir neçə klub sərvətlərinə sərvət qatacaq. Uzun illərdir bunu istəyirlər, amma bacarmadılar.

 

Avropa Super Liqasının yerli çempionatlara təsir etməyəcəyini deyirlər, israr edirlər. Biz dəliyik? Hamımız bu layihənin yerli çempionatları öldürəcəyinə əminik. Bizi təhqir edirlər. Futbola çox böyük zərər verəcəklər".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right