"Messini pula görə göndərdilər, amma..."

"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Lionel Messinin ötən yay Kataloniya klubundana yrılaraq PSJ-yə keçməsi barədə danışıb. 

Newsport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis "Mundo Deportivo"ya açıqlamasında deyib: 

“Rəhbərlik təkid etdi ki, bəzi futbolçular komandadan göndərilsin. Dedilər ki, maliyyəni qaydaya salmaq lazımdır. Lionel Messi ilə maaş probleminə görə yolları ayırdılar. Amma o gedəndən az sonra 55 milyon avroya kimisə satın aldıqlarını gördüm. Bu həqiqətən qəribədir. Görəsən, klubda başqa bir şey olubmu? Messi niyə getməli oldu?"

Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. "Barselona" isə Messi ilə yolları ayırandan sonra 55 milyon avroya "Mançester Siti"dən Ferran Torresi heyətinə qatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right