"Atletiko"nun yarımmüdafiəçisi MLS klubuna keçdi

"Atletiko"nun futbolçusu Hektor Herrera karyerasını ABŞ-da davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, meksikalı yarımmüdafiəçi bu ölkənin "Hyuston Dinamo" klubu ilə anlaşıb. Məlumatı MLS təmsilçisinin rəsmi saytı yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

 

31 yaşlı yarımmüdafiəçi yeni komandasına yayda qoşulacaq. Onun Madrid klubu ilə müqaviləsi iyun ayının 30-da bitəcək.

 

Qeyd edək ki, Hektor Herrera "Atletiko"ya 2019-cu ilin yayında "Portu"dan keçib. Təcrübəli futbolçu cari mövsümdə İspaniya klubunun heyətində 20 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right