Almaniyalı məşqçi Moskva “Lokomotiv”indən ayrıldı

Rusiyanın “Lokomotiv” (Moskva) komandasının baş məşqçisi Markus Gisdol istefa verib.

Newsport.az saytının məlumatına görə, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

53 yaşlı məşqçinin istefasına Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəb olub. Gisdolu bu vəzifədə Marvin Komper əvəzləyib. O, müvəqqəti olaraq komandaya rəhbərlik edəcək.

Gisdol 2021-ci ilin oktyabrında “Spartak”ın sükanı arxasına keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right