“Real” səfərdə, “Atletiko” evdə qələbə qazandı

Futbol üzrə İspaniya La Liqasında 26-cı tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Levante” ilə “Elçe” üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Xetafe” – “Alaves” matçında qalib müəyyənləşməyib. Səfərdə “Malyorka” ilə qarşılaşan “Valensiya” minimal hesabla qalib gəlib.

Lider “Real” da ardıcıl məğlubiyyətləri sıralayan “Rayo Valyekano”nun qonağı olub və 3 xalı tək qolla qazanıb. Madridin digər təmsilçisi “Atletiko” isə doğma meydanda “Selta”nı 2 cavabsız qolla üstələyib.

“Barselona” “Kamp Nou”da “Atletik”i sınağa çəkəcək. Kubok da daxil olmaqla son iki oyunda kataloniyalılar Bilbao təmsilçisini məğlub edə bilməyib. Çempionluq yarışını davam etdirən “Sevilya” bu turda “Betis”lə üz-üzə gələcək.

İspaniya La Liqası, 26-cı tur

25 fevral

Levante – Elçe 3:0
Qol: Morales, 37. De Frutos, 67. Melero, 90.

26 fevral

Malyorka – Valensiya 0:1
Qol: Paulista, 4.

Xetafe – Alaves 2:2
Qol: E.Ünal, 55; 72 – Eskalante, 45+1. Mendes, 56.

Rayo Valyekano – Real 0:1
Qol: Benzema, 83.

Atletiko – Selta 2:0
Qol: Lodi, 36; 60.

27 fevral

17:00. Vilyarreal – Espanyol
19:15. Sevilya – Betis
21:30. Real Sosyedad – Osasuna
00:00. Barselona – Atletik

28 fevral

00:00. Qranada – Kadis

Bombardir: Kərim Benzema (Real) – 18 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right