Avropa Liqası: Həftənin ən yaxşı qolunun müəllifi bəlli oldu

Avropa Liqasında həftənin ən yaxşı qolunun müəllifi seçilib. 

Newsport.az-ın məlumatına görə, "Barselona"nın futbolçusu Frenki de Yonqun "Napoli" ilə görüşdə vurduğu qol səsvermədə hamını qabaqlayıb.

Niderlandlı futbolçu Avropa Liqasının pley-off mərhələsinin "Napoli" ilə cavab qarşılaşmasının 13-cü dəqiqəsində fərqlənmişdi. 

Matç Kataloniya təmsilçisinin 4:2 qələbəsilə başa çatıb. Siyahıda Ruslan Malinovski ("Atalanta"), Rikardo Horta ("Braqa"), Andre Silvanın ("Leypziq") da adı var idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right