"Madridə qayıtmaq həmişə xoşdur" Ronaldo

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə səfər oyunundan (1:1) sonra "İnstaqram" hesabından paylaşım edib.

Newsport.az xəbər verir ki, o, Madrid səfəri ilə bağlı yazıb: “Dünyada “ev” adlandırmağı öyrəndiyim bir neçə şəhərdən biri olan Madridə qayıtmaq həmişə xoşdur. Böyük emosiyalar, oyunçular və oyun... Bu Çempionlar Liqasıdır! Bütün klub yarışlarının anası!

İndi bizim stadionumuzda bu matçın taleyini həll etmək imkanımız var. Hər kəsə göstərək ki, "Old Trafford" niyə həmişə "Xəyallar Teatrı" olub və olacaq.

Son olaraq, möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm! Sizin varlığınız bizi daha da gücləndirir və biz birlikdə irəliyə gedəcəyik!"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right