Qətərin "Əl Rayyan" klubunda çıxış edən Xames Rodriqes açıqlama verib.
Newsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi komandasından ayrılmaq istəyir. Kolumbiyalı yarımmüdafiəçi yenidən Avropada oynamaq istədiyini bildirib:
"Komandadan ayrılmaq istəyirəm. Avropaya geri dönmək bir seçimdir. Düşünürəm ki, yetərli şərtlərə sahibəm".
Qeyd edək ki, Xames Rodriqes "Əl Rayyan"a mövsümün əvvəlində "Everton"dan transfer olub. Təcrübəli futbolçu Qətər klubunun heyətində meydana çıxdığı 9 matçda 3 qol və 4 asistlə yadda qalıb.