Neymar: "Barselona"ya qayıtmaq üçün hər şey etdik"

PSJ-nin braziliyalı hücumçusu Neymar bir zaman "Barselona"ya qayıtmaq istədiyini deyib.

 

Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçu Kataloniya təmsilçisinə geri dönmək üçün hər şey etdiyini, lakin alınmadığını bildirib:

 

"Barselona"ya qayıtmaq istəyirdim. Bunun üçün hər şey etdik, amma bacarmadıq. Nəhayət Lionel Messinin PSJ-yə gəlmə şansı yarandı. Onun burada olmağına görə çox xoşbəxtəm".

 

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"da transfer olunub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right