"Qardaş, "Barselona"da qalmalısan"

"Barselona"nın yeni transferi Pyer-Emerik Obameyanq komanda yoldaşı Usman Dembele haqda danışıb.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, fransalı oyunçunun Kataloniya təmsilçisində qalmasını istəyir: "Dembele ilə  Dortmund "Borussiya"sında gözəl  il keçirmişik və o, inanılmaz oyunçudur. Usman ən yaxşı top idarəçilərindən biridir və bir hücumçu kimi möhtəşəmdir. Düzünü desəm, o, burada olduğuna görə çox şadam. Dembeleyə dedim ki, “qardaş, qalmalısan” (gülür).

Onun müqaviləni yeniləyib-yeniləməyəcini bilmirəm. Amma deyə biləcəyim yeganə şey odur ki, həyatda hər şey mümkündür".

Qeyd edək ki, Dembelenin "Barselona" ilə müqaviləsi bu ilin yayı başa çatır.

Xatırladaq ki, Obameyanq və Dembele 2016/2017 mövsümündə "Borussiya"da oynayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right