"Bavariya" Almaniya Bundesliqasında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi 23-cü turda doğma meydanda "Qroyter"lə qarşılaşıb. Ev sahibləri əvvəlcə hesabda geri düşsə də, daha sonra 4 qol vuraraq əzmkar qələbə qazanıblar.
"Bavariya" hazırda turnir cədvəlində 55 xalla 1-ci, "Qroyter" isə 13 xalla 18-cidir.
"Bavariya" - "Qroyter" - 4:1
Qollar: Levandovski, 46, 82, Qresberk, 61 (avtoqol), Çupo-Moutinq, 90+1 - Hrqota, 42