İbrahimoviç aktyor olmaq istəyir

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç futbolçu maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, “Football İtalia”ya danışan 40 yaşlı futbolçu karyerasını bitirdikdən sonra özünü aktyor kimi sınamaq istədiyini deyib:

“Bəzi şeylərlə maraqlanıram. Məsələn, özümü aktyor kimi sınamaq istərdim. Bədənə adrenalin gətirən bir şey etmək istərdim. Ancaq çətin ki, nəsə futbol kimi həyəcanlı olsun. Futboldan getdikdən sonra həyatımda çox şeyi dəyişəcəm. İndi bir çox planlarım var. Amma hələlik bütün diqqətimi futbola yönəltmişəm”.

Qeyd edək ki, isveçli forvardın "Milan"la bu ilin yayına qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right