“Bizi “Zalsburq”la heç-heçəyə görə tərifləmək olar”

"Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsində “Zalsburq”la ilk matç barədə danışıb. 

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlamasında komandasının yaxşı çıxış etdiyini bildirib: 

“Bizim üçün asan oyun olmadı. Lakin “Bavariya” bu nəticəyə sevinə bilər. Bizi “Zalsburq”la heç-heçəyə görə tərifləmək olar. Hisslərimiz qarışıqdır. "Zalsburq" yaxşı komandadır. Stadiondakı ab-hava da əla idi. Azarkeşlər yalnız xoş sözlərə layiqdirlər. Biz futbolu ancaq azarkeşlərlə birlikdə görmək istəyirik”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 8-i Münhendə keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right