Naqelsmann nəticədən razıdır

"Bavariya"nın baş məşqçisi Yulian Nagelsmann Çempionlar Liqasının 1/8 finalında "Zalsburq"la ilk oyunun (1:1) nəticəsindən razı qalıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, matçla bağlı deyib:

"Bu, kifayət qədər maraqlı oyun oldu. Biz bu heç-heçəyə layiq idik. "Bavariya" böyük təzyiq yaratdı və "Zalsburq"u qapısına sıxdı. Əlbəttə, qalib gəlmək istərdik, amma bu qədər gec qol vurursansa, heç-heçə ilə razılaşmalısan".

Xatırladaq ki, Münhen təmsilçisi bərabərlik qolunu 90-cı dəqiqədə vurub. Bu komandalar arasında cavab oyunu martın 8-də Münhendə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right