"Nyukasl" yayda heyətini "Bavariya"nın forvardı ilə gücləndirmək istəyir.
Newsport.az-ın məlumatına görə, İngiltərə Premyer Liqa təmsilçisi Tomas Müllerlə ilkin danışıqlara başlayıb.
Almaniyalı futbolçunun özü də "Nyukasl"a keçməyə müsbət yanaşır.
"Bavariya" ilə müqaviləsi 2023-cü ildə başa çatacaq Müller klubla danışaraq onu azad agent kimi İngiltərəyə yollanmasını xahiş edəcək.