Dünya çempionatına vəsiqə qazanan 15-ci komanda bilindi

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, bu, Cənubi Koreya milli komandasıdır. Paulo Bentonun yetirmələri Asiya zonası üzrə seçmə mərhələnin qrup mərhələsini lider bitirib və mundiala vəsiqə qazanıb.

Cənubi Koreya yığması DÇ-2022-yə iştirak hüququ əldə edən 15-ci komanda olub.

Mundiala daha əvvəl ev sahibi Qətərlə yanaşı, Almaniya, İngiltərə, Braziliya, Argentina, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İsveçrə, Niderland, İran və Danimarka vəsiqə əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right