UEFA "Çempionlar Liqası" pizzasına görə Almaniyanın Gissen şəhərində yerləşən "Pizza Wolke" restoranını məhkəməyə verib.
Newsport.az-ın məlumatına görə, buna səbəb təşkilatın adının təhrif olunaraq "Champignons League" - "Göbələklər Liqası" adlandırılması olub. Bu barədə restoran sahibi tvitter hesabında paylaşım edib.
Ciddi tənqidlərə məruz qalan qurum məhkəmə iddiasını geri götürüb.