“Bavariya”nın futbolçusu Tomas Müller karyerasını İngiltərədə davam etdirə bilər.
Newsport.az xəbər verir ki, 32 yaşlı hücumçunu ilə “Nyukasl” və “Everton” heyətinə qatmaq istəyir. Müllerin “Bavariya” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. Lakin İngiltərə təmsilçiləri onun keçidi üçün pul xərcləməyə hazırdır.
Qeyd edək ki, Müller 2007-ci ildən "Bavariya"nın əsas komandasında oynayır. O, Münhen təmsilçisinin yetirməsidir.