"Bavariya"nın prezidenti Herbert Hayner komandanın hücumçusu Robert Levandovskinin gələcəyi haqda danışıb.
Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, polşalı oyunçu ilə bağlı deyib: "İdman direktorumuz oyunçularla mütəmadi olaraq danışır. Levandovskinin durumu ilə bağlı kifayət qədər vaxt var və müqaviləsi 2023-cü ilin yayına qədər davam edir. Əgər karyerasını bizim klubda bitirərsə, çox xoşbəxt olaram".
Qeyd edək ki, "Bavariya"nın yeni müqavilə ilə bağlı Levandovski ilə razılığa gəlməyəcəyi təqdirdə, ona satacağı bildirilir.