"Bavariya" Bundesliqasında özünə məxsus olan rekordunu yeniləyib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi buna Bundesliqanın 19-cu turunda "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi matça nail olub.
"Bavariya" ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünə məxsus olan göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.