"Bavariya"nın futbolçusunun ürəyində problem var

"Bavariya"nın baş məşqçisi Yulian Nagelsmann koronavirusa yoluxmuş futbolçusu Alfonso Dveisin durumu barədə danışıb. 

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, 21 yaşlı müdafiəçinin bir neçə həftə meydana çıxmayacağını deyib: 

"Alfonso Devisdə koronavirusa yoluxduqdan sonra yüngül miokardit (ürək əzələsinin iltihabı) əlamətləri var. Bu dramatik deyil, lakin o, növbəti bir neçə həftə meydanda olmayacaq. Çünki sağalmaq üçün Alfonsoya vaxt lazımdır. Miokarditin yaranmasına koronavirusun səbəb olub-olmadığını dəqiq bilmirik. Belə bir ehtimal var, lakin bu, 100 faiz aydın deyil". 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah