"Çelsi" onu geri qaytarır

"Çelsi" "Lion"a icarəyə verdiyi futbolçusu Emersonu komandaya qaytarmağa hazırlaşır. 

Newsport.az xəbər verir ki, klubun belə qərara gəlməsinə səbəb London təmsilçisinin digər müdafiəçisi Ben Çiluelin zədələnməsidir.  "Zadəganlar"  qarşı tərəfə Emersonu yayda yox, məhz bu ay "Çelsi"yə göndərməsi üçün 4 milyon avro təklif edib. Məlumatda "Lion"un bu təklifi qəbul edəcəyi bildirilib. 

Qeyd edək ki, Emerson 2018-ci ildən "Çelsi"nin oyunçusudur. O, ötən ildən "Lion"da çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right