"Xavi "Barselona"nı qaldıra biləcək"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"dakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Newsport.az "Sport"a istinadən xəbər verir ki, o bildirib ki, narahat olmağa ehtiyacı yoxdur: "Çünki "Barselona" son illərdə çoxlu qələbə qazanıb. Onların qazana bilməyəcəyi şeylər barədə narahat olmağın mənası yoxdur. Əgər vaxt daha pisdirsə, dözməlisən.

İndi komandanın çox yaxşı idarə heyəti, əla məşqçisi var. Düşünürəm ki, Xavi "Barselona"nı qalıdra biləcək. Biz bir-birimizi şəxsən görməmişik, amma buna əminəm. Səbirli olmalıyıq. Əla toxum səpilir, buna görə də yaxşı meyvələr olacaq".

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "Barselona" mübarizəni Avropa Liqasında davam etdirəcək. Komanda La Liqada isə 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right