Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
10 oyuna cəmi 4 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.